Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Forvard, fyuçers və faktorinqin istifadəsinə dair təkliflər hazırlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Forvard, fyuçers və faktorinqin istifadəsinə dair təkliflər hazırlanacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi 2019-cu ildə kiçik və orta sahibkarlıq (KOS) subyektləri tərəfindən forvard, fyuçers, opsion, svop, faktorinq kimi maliyyə alətlərindən alternativ və ucuz maliyyələşmə mənbəyi kimi istifadənin stimullaşdırılması ilə bağlı təkliflər paketi hazırlayacaq.

 

Reklam_3_11

Bu, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında nəzərdə tutulub.

 

Plana əsasən MBNP, AMB və İqtisadiyyat Nazirliyi 2019-cu ildə KOS subyektləri tərəfindən forvard, fyuçers, opsion, svop, faktorinq kimi maliyyə alətlərindən alternativ və ucuz maliyyələşmə mənbəyi kimi istifadənin stimullaşdırılması ilə bağlı təkliflər paketi hazırlamalıdır.

 

Bundan başqa, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və MBNP 2021-ci ilədək KOS subyektlərinin müflisləşməsi məsələlərinə dair ixtisaslaşmış məhkəmələr yaradılması imkanını təhlil etməli və təkliflər hazırlamalıdır.

 

Monitorinqin nəticələrində qeyd olunur ki, 2017-ci ildə dövlət qurumları tərəfindən onlayn “Müflisləşmə və ya iflas reyestri”nin yaradılmasına dair təkliflər paketi hazırlanıb.

 

Azərbaycan hökuməti KOS subyektlərinin fəaliyyəti üçün sənaye klasterləri yaratmağı planlaşdırır. Bu məqsədlə 2017-ci ildə təkliflər paketi hazırlanıb.

 

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” 2016-cı ilin dekabr ayında təsdiq edilib.

18.07.2018 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ