Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İki şəhərdə sosial mənzillər üçün torpaq sahələri müəyyənləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki şəhərdə sosial mənzillər üçün torpaq sahələri müəyyənləşdirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir.

 

Bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti üzrə hesabatda deyilir.

 

Qeyd olunur ki, ötən müddət ərzində Azərbaycanın regionları üzrə, o cümlədən iqtisadi inkişaf göstəriciləri yüksək olan şəhərlər üzrə statistik məlumatların təhlili aparılaraq, növbəti illər ərzində mənzil tikintisinə ehtiyacı olan əsas şəhərlər müəyyənləşdirilib. Eyni zamanda, güzəştlə mənzil əldə etmək hüququ olan və “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan vətəndaşlar arasında güzəştli mənzillərin inşa oluna biləcəyi şəhərlərin, mənzillərin otaq sayının və ölçülərinin, digər göstəricilərin proqnozlaşdırılması məqsədilə sorğu keçirilib.

 

Əldə olunmuş nəticələr güzəştli mənzillərin tikintisi üçün potensial şəhərlərin müəyyənləşdirilməsində istifadə edilib. Aparılmış araşdırmaların nəticələrinə əsasən Sumqayıt, Gəncə və s. şəhərlərdə də uyğun qiymətə mənzillərin tikintisi imkanlarının təhlilinə başlanılıb. Sumqayıt və Gəncə şəhərlərində münasib torpaq sahələrinin müəyyənləşdirilməsi üçün ilkin işlər aparılıb.

 

Müxtəlif mülkiyyətlərdə olan torpaq sahələrinin mənzil təminatında istifadəyə cəlb edilməsi üçün müxtəlif mexanizmlərlə bağlı təklilflər hazırlanıb.

18.07.2018 13:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ