Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakıda “Global İnfluencer Day” həyata keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Global İnfluencer Day” həyata keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Marketinq və kommunikasiya dünyasının gündəmində yer tutan “İnfluencer” strategiyaları Bakıda müzakirə olunacaq


 

Reklam_3_11

"Keepface İnfluencer" Marketinq Platformasının rəsmi dəstəyi ilə "FA İnternational Trade Events" şirkəti tərəfindən  ikinci dəfə "Global İnfluencer Day "təşkil olunacaq.

 

İş və marketinq dünyasının qabaqcıl trendlərinin müzakirə ediləcəyi tədbir 27-28 Oktyabr tarixlərində Bakıda keçiriləcəkdir.

 

Regionda ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə “influencer”ları bir araya gətirməkdir.

 

“Global İnfluencer Day” tədbirində iştirak edənlər siyahısına “influencer”lar, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasından nümayəndələr daxildir.

 

Microsoft, Google və İnstagram kimi önəmli texnologiya şirkətlərindən nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbir müddətində danışıqlar və panellərdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzular müzakirə olunacaqdır.

 

Həmçinin, tədbirdə uğurlu işlərə və yeniliklərə imza atmış sahibkarlar və şirkət sahibləri “influencer” strategiyalarının marketinq və kommunikasiya dünyasına necə istiqamət verdiyini və bu sahədəki inkişafı qiymətləndirəcəklər.

 

“Global İnfluencer Day” tədbirinə bu il qatılacaq spikerlər siyahısında Microsoft Azərbaycan-ın Türkmənistan və Tacikistanın Baş Meneceri Sərxan Həşimov, Forbes jurnalında Qlobal Sahibkarlıq yazıçısı Elmira Bayraslı və Google Marketinq Həlləri və Şəxsi Brend Təlimçisi Nina Levçuk kimi şəxslər yer almaqdadır.

 

“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/   ünvanından izləyə bilərsiniz.

19.07.2018 08:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ