Mobil manşet üstü reklam_21

"Akkord" zərər edib, kapitalını itirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Akkord" zərər edib, kapitalını itirib

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 856 milyon 937 min manat təşkil edib.

 

Şirkətin maliyyə hesabatına görə bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,1% azdır.

 

2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675 milyon 676 min manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181 milyon 262 min manata düşüb. "Akkord" 2016-cı ilin sonunda 527 milyon 442 min manat cəmi səhmdar kapitalına malik idi.

 

Ötən il şirkətin satışdan gəlirləri 12 milyon 788 min  manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8 milyon 44 min manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1 milyon 529 min manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

 

Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət, 2016-cı ildə 6 milyon 317 min manat mənfəətlə çıxmışdı.

 

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74 milyon 113 min manat təşkil edib Şirkətin səhmdarları 51% payla "VIP Estate" MMC və 49% payla Dərya Müsəllim oğli Vəliyevdir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Report

19.07.2018 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ