Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

DSMF-nin gəlirləri 4,7% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
DSMF-nin gəlirləri 4,7% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri  ötən ilin müvafiq dövrünə nisbətən 85,53 milyon manat və ya 4,7 faiz artaraq 1 milyard 907,91 milyon manata çatıb.

 

Nazirlikdən  verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz və ya 88,18 milyon manat artaraq 1 mlrd. 93,74 milyon manat təşkil edib və bu sahədə yarımillik proqnoza 103,6 faiz əməl olunub.

 

Ötən ilin müvafiq dövrünə nisbətən büdcə təşkilatları üzrə daxilolmalar 7,9 faiz və ya 29,46 milyon manat çoxalaraq, 402,34 milyon manat olub və nəticədə bu bənd üzrə proqnoz 104,6 faiz icra edilib. Müqayisə dövründə qeyri-büdcə sektoru üzrə isə Fonda daxilolmalar 9,3 faiz və ya 58,72 milyon manat artaraq 691,4 milyon manat olub. Həmin sektordan daxilolmalar sosial sığorta haqları üzrə daxilolmaların 63,2 faizini təşkil edib.

19.07.2018 09:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ