Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Asan İmza”nın bahalaşmasını “Best Solutions” şirkəti təklif edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Asan İmza”nın bahalaşmasını “Best Solutions” şirkəti təklif edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, “Azercell Telekom” MMC öz abunəçilərini “Asan İmza” Xidmətinin istifadəsi ilə bağlı “ASAN İmza” xidməti üzrə aylıq abunə haqqı dəyişikliyi barədə xəbərdar edib. 


Modern.az-ın məlumatına görə, “Azercell Telekom” MMC rəsmən bildirib ki, 15.08.2018-ci il tarixindən etibarən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 AZN məbləğində təyin edilib. Bu xidmət ilə əlaqədar göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0,00 AZN təşkil edəcək. 

Reklam_3_11


Bəs “Asan nömrə”nin aylıq ödənişi hansı səbəbdən 1 AZN-dən 2.50 AZN-ə qaldırılıb?


“Azercell Telekom” MMC-nin mətbuat xidməti bildirib ki, qiymət artımı ilə bağlı təklif “Asan İmza” xidmətinin birbaşa təminatçısı “Best Solutions” şirkəti tərəfindən irəli sürülüb:
 

“Buna səbəb isə xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artması olub. Odur ki, göstərilən tarif dəyişikliyinin respublikanın mobil kommunikasiya bazarında fəaliyyət göstərən digər mobil operatorlar tərəfindən də eyni 15.08.2018-ci il tarixindən etibarən tətbiqi nəzərdə tutulur. Bütün qeyd olunanları nəzərə alaraq, ayrı-ayrı şəxslər tərəfindən sosial media vasitəsilə “Azercell Telekom” MMC-yə qarşı yönəldilmiş “İnhisarçılıq”, “soyğunçuluq” və sair qərəzli ittihamlar tamamilə əsassızdır və qüvvədə olan qanunvericilikdə həmin şəxslərin məsuliyyətini nəzərdə tutan təqsirli əməli təşkil edir”.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Modern

19.07.2018 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ