Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti "ehtiyatlar" ilə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti "ehtiyatlar" ilə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin birinci yarısını 1 milyon 137 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründəkindən 35% azdır. Bank 2017-ci ilin birinci yarısını 1 milyon 743 min manat xalis mənfəətlə bağlamışdı.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin birinci yarısında 5 milyon 22 min manat təşkil etmiş faiz gəlirləri, cari ilin birinci yarısında 5 milyon 981 min manata yüksəlib. Müqayisə olunan dövrdə, qeyri-faiz gəlirləri isə 2 milyon 68 min manatdan 2 milyon 571 min manata qalxıb.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Gəlirlərin artması Bankın əməliyyat mənfəətində də əks olunub. Ötən ilin ilk 6 ayında 2 milyon 804 min manat təşkil etmiş əməliyyat mənfəəti, 2018-ci ilin eyni dövründə  3 milyon  26 min manat olub. Lakin ötən ilin birinci yarısı ilə müqayisədə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar artdığından xalis mənfəət azalıb. Ehtiyata ayırma 685 min manatdan 1 milyon 652  min manat yüksəlib. Ehtiyatlara ayırmanın artması kreditlər və depzoitlər üzrə itkinin yarana biləcəyi ehtimalının yüksəlməsidir.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

"Ziraat Bank Azərbaycan"ın müştərilərə  verdiyi kreditlər 36% artıb. Belə ki, ötən ilin birini yarısının yekununda  65 milyon 773 min manat təşkil etmiş kreditlər, 30 İyun 2018-ci il tarixində 89 milyon 562 min manata çatıb. Xalis kreditlər isə 65 milyon 750 min manatdan 88 milyon 509 min manata yüksəlib.

 

30 İyun 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan" 229 milyon 867 min manat cəmi aktivlərə (o cümlədən 89 milyon 562 min manatı müştərilərə verilmiş kreditlər), 162 milyon 804 min manat cəmi öhdəliklərə və 67 milyon 62 min manat cəmi balans kapitalına malik olub.

 

Bank 2017-ci ilin sonunda 186 milyon 665 min manat cəmi aktivlərə ( o cümlədən 67 milyon 884 min manatı müştərilərə verilmiş kreditlər), 120 milyon 769 min manat cəmi ökdəliklərə və 65 milyon 895 min manat cəmi balans kapitalına malik idi.

 

DEPOZİT VƏ ƏMANƏTLƏR ARTIB

 

Ötən ilin sonunda 80 milyon 128 min manat təşkil etmiş depozitlər 30 İyun 2018-ci il tarixində 94 milyon 277 min manata çatıb. Bankda fiziki şəxslərin müddəti depzoitləri isə 37 milyon 211 min manatdan 42 milyon 570 min manata yüksəlib.

19.07.2018 09:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ