Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Yapı Kredi Bank Azərbaycan" 2018-in yarısını mənfəətlə başa vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yapı Kredi Bank Azərbaycan" 2018-in yarısını mənfəətlə başa vurdu

"Yapı Kredi Bank Azərbaycan" 2018-ci ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank ilin birinci yarısını 1 milyon 401 min manat mənfəətlə başa vurub. Bank cari ilin yanvar - mart dövründə 660 min manat, aprel-iyun dövründə isə 741 min manat mənfəət əldə edib.

 

Reklam_3_11

Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Qeyd edilib ki, Bankın kapitalında da artım qeydə alınıb. Məcmu kapitalın ötən ilin ikinci rübü ilə müqayisədə 30% artdığı müşahidə edilir. Belə ki, hal hazırda "Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı 65 milyon 750 min manata bərabərdir ki, bu da mövcud qanunvericilikdə tələb ediləndən 31% çoxdur.

 

Ötən dövr ərzində bank müştərilərə verdiyi kreditlərin həcmini də artırmışdır. Ötən rüblə müqayisədə 12% daha artıq kredit verən bank, digər maliyyə institutlarından aldığı krediti də bağlamışdır: "Bu da o deməkdir ki, bankın güclü likvidliyi öz hesabından kredit verməsinə imkan yaradır".

 

Hüquqi və Fiziki şəxslərin tələbli əmanətlərinin toplam əmanətlərə həcmi  77% təşkil edir. Bu da bankın faiz xərclərini optimal səviyyədə saxlamasına şərait yaradır. Elə bunun məntiqi ardıcıllığı olaraq, bankın faiz xərci ötən illə müqayisədə 43% azalmış, xalis faiz gəlirləri isə 20% artmışdır.

 

Kapitalın adekvatlıq əmsalında da müsbət tendensiya qeydə alınmışdır. Bank ötən ilin yarısından etibarən kapitalın adekvatlıq əmsalını 14.9%-dən 24.8%-ə qaldırmışdır. Bu isə yerli requlyatorun tətbiq etdiyi tələbdən qat qat çoxdur.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

19.07.2018 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ