Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şimal-qərb küləyi güclənəcək - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şimal-qərb küləyi güclənəcək - XƏBƏRDARLIQ

 İyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

 

İyulun 20-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

 

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

19.07.2018 11:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ