Azərbaycanda bankdan 1,5 milyon manat oğurlayana hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Elektron hesablayıcı maşınların (EHM) sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozmaqda və oğurluqda təqsirləndirilən Moldova vətəndaşı Sergey Petroviçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Petroviçi 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri çərçivəsində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycana ekstradisiya edilib.
İttihama görə, o, bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
6 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
9 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
9 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 12 saat əvvəl
- 13 saat əvvəl