Yaponiya, ABŞ-ın təzyiqlərilə İrandan neft almayacaq
Yaponiyada dərc olunan "Nikkey Asian Review"ə görə, Yaponiyanın enerji şirkətləri, ABŞ-ın təzyiqləri nəticəsində İrandan nefti idxalını oktyabr ayına qədər tamamilə dayandıracaqlar..
"Marja" xəbər verir ki, Yaponiyanın neft ehtiyacını ödəmək üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin mümkün alternativ tədarükçülər arasında olduğu qeyd olunub.
İranla imzalanan nüvə müqaviləsindən birtərəfli çıxan ABŞ rəhbərliyi, Yaponiyanın JXTG və "Idemitsu Kosan" kimi şirkətlərindən Tehrana qarşı sanksiyaların qüvvəyə minəcəyi 4 Noyabra qədər İrandan xam neft idxalını dayandırmağa çağırmışdı. Vaşinqton rəhbərliyi, bu tarixdən sonra İranla əlaqə quran şirkətləri sanksiyalarla təhdid edir.
Yaponiyanın ən böyük banklarından Mitsubishi UFJ və Mizuho da keçən həftə 12 Avqustdan başlayaraq İranla əlaqəli bütün maliyyə qurumları ilə bank əməliyyatlarını dayandıracaqlarını açıqlamışdılar.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatlarına görə, Yaponiya mayda İrandan gündəlik 211 min barrel neft idxal edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
49 d. əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
59 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl