Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yaponiya, ABŞ-ın təzyiqlərilə İrandan neft almayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya, ABŞ-ın təzyiqlərilə İrandan neft almayacaq

Yaponiyada dərc olunan "Nikkey Asian Review"ə görə, Yaponiyanın enerji şirkətləri, ABŞ-ın təzyiqləri nəticəsində İrandan nefti idxalını oktyabr ayına qədər tamamilə dayandıracaqlar..
 

"Marja" xəbər verir ki, Yaponiyanın neft ehtiyacını ödəmək üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin mümkün alternativ tədarükçülər arasında olduğu qeyd olunub.
 

Reklam_3_11

İranla imzalanan nüvə müqaviləsindən birtərəfli çıxan ABŞ rəhbərliyi, Yaponiyanın JXTG və "Idemitsu Kosan" kimi şirkətlərindən Tehrana qarşı sanksiyaların qüvvəyə minəcəyi 4 Noyabra qədər İrandan xam neft idxalını dayandırmağa çağırmışdı. Vaşinqton rəhbərliyi, bu tarixdən sonra İranla əlaqə quran şirkətləri sanksiyalarla təhdid edir.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Yaponiyanın ən böyük banklarından Mitsubishi UFJ və Mizuho da keçən həftə 12 Avqustdan başlayaraq İranla əlaqəli bütün maliyyə qurumları ilə bank əməliyyatlarını dayandıracaqlarını açıqlamışdılar.
 

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatlarına görə, Yaponiya mayda İrandan gündəlik 211 min barrel neft idxal edib.

19.07.2018 12:19

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ