STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib

Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Qazaxıstana növbəti dəfə məhsul ixracını həyata keçirib.

 

MMC-dən "Marja"ya daxil olmuş məlumata görə, bu dəfə STP sifarişçiyə  “BURIL" yarımstansiyasının tikintisi və yenidənqurulmasında istifadə üçün böyük həcmdə 110 kV yüksək gərginlikli kabel məhsulları göndərib.  

 

Qeyd edək ki, “BURIL”  yarımstansiyası ilə Qazaxıstanın əhalisinə görə üçüncü, ərazisinə görə isə ən böyük Çimkənd şəhərinin bir hissəsi elektrik enerjisi  ilə təmin olunacaq.

 

Xatıraladaq ki, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan yarımstansiyasının  və "Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə  müxtəlif növ kabel məhsulları təqdim etmişdi. 

 

Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı  Gürcüstan,  Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələrin böyük hissəsi icra edilib.

 

STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub.

19 İyul 2018 , 15:52   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin