Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Azərsu” 4 regional su-kanal idarəsi yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsu” 4 regional su-kanal idarəsi yaradıb


“Azərsu” ASC 4 şəhər və rayonda regional su-kanal idarəsi açıb.

 

Reklam_3_11

“Azərsu” ASC-dən verilən məlumata görə, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə əsasən “Azərsu” ASC  ölkə ərazisində 4 regional su-kanal idarəsini açıb.

 

Respublikanın şimal zonası üzrə 1 saylı Quba regional su-kanal idarəsinin əhatəsinə Xaçmaz, Quba, Şabran, Siyəzən və Xızı su-kanal idarələri, 2 saylı Ucar regional su-kanal idarəsinin əhatəsinə İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Zərdab, Kürdəmir və Qobustan su-kanal idarələri, cənub zonası üzrə 3 saylı  Lənkəran regional su-kanal idarəsinin əhatəsinə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və  Astara su-kanal idarələri, Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin əhatəsinə Şirvan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Beyləqan, Füzuli, Cəbrayıl və Xocavənd su kanal idarələri daxildir.

 

Yeni yaradılan regional idarələrin hər birinə rəis təyinatları olub, ştat vahidləri üzrə işçilər qəbul edilib. Daha 4 regionda regional su-kanal idarələrinin yaradılması nəzərdə tutulur. 

 

© APA 

19.07.2018 15:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ