Sabah dolların rəsmi məzənnəsi bir qədər də düşə bilər

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsinin bir qədər də azalacağı gözlənilir.

 

Bank dairələrindən əldə edilən məlumata görə, bu gün, fevralın 8-də banklararası valyuta bazarında ümumilikdə təxminən 2,6 mln. dollar həcmində vəsaitin satıldığı, məzənnənin isə 1,7350 AZN/USD səviyyəsinə yaxın olduğu bildirilir. Lakin, bu, sabaha olan rəsmi məzənnədə öz əksini tapmayıb.

 

Qeyd edək ki, dünən, fevralın 7-də keçirilən valyuta hərracında dolların rəsmi məzənnəsi 2,76% azalaraq 1,8252 AZN/USD-yə düşüb. Bu gün məzənnənin aşağı düşməsinin rəsmi məzənnədə öz əksini tapmamasının səbəbi kimi dolların son günlərdə sürətlə ucuzlaşmasını göstərir.

 

© Report

8 Fevral 2017 , 17:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin