Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri (direktor) təyin edilib. 

 

Reklam_3_11

"Marja"nı məlumatına görə, yeni menecer Adrian Çernautandır.  

 

"Mən İyulun 1-dən Coca-Cola şirkətinin Qafqaz qregionu üzrə meneceri təyin edilmişəm. Mən Azərbaycanda işləyəcəyəm. Azərbaycanın və digər Qafqaz ölkələrinin inkişaf potensialı çox böyükdür", - Adrian Çernautan jurnalistlər ilə görüşündə bildirib.

 

Bundan əvvəl Adrian Çernautan "Coca-Cola Avstriya" şirkətinin icraçı direktoru işləyib. O, Maldova, Rumıniya və Macarıstanda da çalışıb.  

 

Adrian Çernautan geniş təcrübəsi sayəsində Qafqazda strateji inkişaf, biznesin genişləndirilməsi və “Coca-Cola” brendinin əhəmiyyətinin artırılması ilə məşğul olacaq.

 

Adrian Çernautan qeyd edib ki, "Azerbaijan Coca-Cola Bottlers" şirkətində 300 nəfər işləyir, dollayı yolla işlə təmin edilənlərin sayı isə 3000 nəfərə yaxındır. Fəaliyyət göstərdiyi dövr ərzində (2017-ci il daxil olmaqla) şirkət Azərbaycan iqtisadiyyatına 150 milyon dollar investisiya qoyub, dövlət büdcəsinə vergi ödənişləri 250 milyon dollar məbləğində olub.

 

1 GÜNƏ KREDİT ALIN!

 

 "Azerbaijan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır. "Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və  satışını həyata keçirir. "CCI" - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.

20.07.2018 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ