"Azərbaycana 150 milyon dollar sərmayə yatırıb, 250 milyon dollar vergi ödəmişik"
"Fəaliyyət göstərdiyi dövr ərzində (2017-ci il daxil olmaqla) Coca-Cola şirkəti Azərbaycan iqtisadiyyatına 150 milyon dollar investisiya qoyub, dövlət büdcəsinə vergi ödənişləri 250 milyon dollar məbləğində olub".
"Marja"nın məlumatına görə, bunu Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri Adrian Çernauta bildirib.
Adrian Çernauta qeyd edib ki, "Azerbaijan Coca-Cola Bottlers" şirkətində birbaşa 300 nəfər işləyir, dollayı yolla işlə təmin edilənlərin sayı isə 3000 nəfərə yaxındır.
Coca-Cola Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin Azərbaycanda tərəfdaşı "Azerbaijan Coca-Cola Bottlers" MMC-dir.
"Azerbaijan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır. "Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və satışını həyata keçirir. "CCI" - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 20 d. əvvəl
-
34 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
-
57 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl