Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Asan İmza”nın qiymətinin qaldırılmasının səbəbləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Asan İmza”nın qiymətinin qaldırılmasının səbəbləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

15 avqust 2018-ci il tarixindən etibarən “Asan İmza” mobil elektron imza xidmətindən istifadə qaydalarında dəyişikliklər qüvvəyə minəcək


 

Reklam_3_11

"İstifadəçilərin çoxsaylı müraciətləri və təkliflərilə əlaqədar olaraq artıq 01 iyun 2018-ci il tarixindən etibarən “Asan İmza” ilə aparılan bütün tranzaksiyalara görə ödəmələr ləğv edilmişdir. Artıq xidmətdən istifadə limitsizdir. Bir SİM karta eyni anda bir neçə sertifikat yükləmək mümkündür. Bura eyni tariflə vətəndaş və hüquqi şəxslər üçün nəzərdə tutulan sertfikatlar da daxildir. Xidmətdən istifadə edənlərin sayının çoxaldığını və tranzaksiyaların miqdarının artdığını nəzərə alaraq onların ödənişsiz həyata keçirilməsi qərara alınmışdır.

 

15 avqust 2018-ci il tarixindən etibarən “Asan İmza” mobil elektron imza xidmətindən istifadənin qiyməti 1 manat yerinə 2,5 manat (ƏDV daxil) təşkil edəcəkdir. Dəyişikliklərin təşəbbüskarı kimi xidmətin operatoru olan “B.EST Solutions” şirkəti çıxış etmişdir", - bu barədə “B.EST Solutions” şirkətindən "Marja"ya daxil olmuş məlumatda deyilir. 

 

Açıqlamada deyilir:

 

-Azərbaycan “Asan İmza” mobil identitet və imzanın buraxılışı üzrə layihənin reallaşdırıldığı dünyada ilk 10 ölkənin siyahısına daxil edilmişdir. Regionda Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstanın daxil olduğu bir sıra ölkələrdə ən təhlükəsiz, istifadədə asan və İnternetə məhdud çıxışı olan istifadəçilər üçün əlyetərlilik baxımından bu texnologiyanın tətbiq edilməsini planlaşdırılır. Bununla yanaşı “Asan İmza” bazar rəqabətinin qaydalarını gözləyərək Azərbaycanda Elektron Rəqəmsal İmza (e-imza) ilə bərabər şəkildə qüvvədədir. Bu isə istifadəçilərə üstün variant seçimində dayanmağa imkan verir.   

 

“Asan İmza” mobil elektron imza xidmətinin qiymətinin qaldırılması iqtisadi amillər, xarici valyutanın kursundakı dəyişikliklər, Azərbaycanda müxtəlif xidmətlərin qiymətindəki artım, eləcə də təhlükəsizlik sisteminin yenilənməsində önəmli olan sistemə ümumi yükləmələrin artması, xarici vendorlar tərəfindən xidmətə olan xərclərin artması, xarici lisenziyaların əldə edilməsi ilə şərtlənir ki, bu xərclərin də ekvivalenti dollar ilə hesablanır. Hətta bu halda belə “Asan İmza” operatoru üçün birinci yerdə istifadəçilərin təklifləri durur ki, bunun əsasında bütün tranzaksiyaların ödənişsiz edilməsi qərara alınmış və bu qərar sayəsində bütün “Asan İmza” sahibkarları xidmətdən hər hansı bir məhdudiyyət olmadan istifadə edə bilcəklər.

 

“Bu gün bir çox ölkələr maliyyə və dövlət sistemlərinə kiber təhlükənin sayının artması ilə qarşılaşırlar. Cinayətkarlar bank xidmətinin istifadəçilərinin parollarını sındırır, sosial şəbəkələrdə nəinki adi istifadəçilərin, hətta iri şirkətlərin belə fərdi məlumatları və hesablarının oğurlanması kütləvi şəkildə həyata keçirilir. Arasıkəsilməz diversiyalar və kiber hücumlar şəraitində ölkənin informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi fiziki sərhədlərin qorunmasından daha vacib strateji məsələdir. “Asan İmza” mobil elektron imza bu şəkildə qorunmanın sərhədlərindən biridir. Məhz bu səbəbdən biz “Asan İmza” xidmətinin keyfiyyətli şəkildə təqdim edilməsindəki köməyə və dəstəyə görə Azərbaycanın hər üç mobil operatoruna minnətdarlığımızı bildirmək istəyirik.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Eyni zamanda sertifikatların verilişi zamanı vətəndaşların identifikasiyasının təmin edilməsində innovativ xidmətlərin lokomotivi sayılan Azərbaycan Respublikası Vergilər Nazirliyinə xüsusi təşəkkür bildiririk. Onların sayəsində əminik ki, vətəndaşların imza sertifikatları yad əllərə düşmür. Daha bir minnətdarlığı ASAN Xidmət mərkəzlərinə bildirmək istəyirik, çünki onlar “Asan İmza”nı ölkəmizin istənilən nöqtəsində əldə etmək üçün vətəndaşlara şərait yaradırlar.

 

Kök sertifikatın etibarlılığı isə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilir. Daha bir minnətdarlıq maliyyə sektoru və innovativ təhlükəsiz elektron xidmətlərin təqdim edilməsinə görə “Asan İmza” xidmətinin bütün digər partnyorlarına bildirilir.

 

Xidmətin bütün fəaliyyəti boyu bu xidmətin göstərilməsilə bağlı heç bir münaqişə baş verməmişdir. Bundan əlavə istənilən demokratik respublika kimi Azərbaycan bazar iqtisadiyyatının qaydalarına riayət edir. Bu səbəbdən ölkənin bazarlarında bərabər şərtlərdə iki rəqabət göstərən məhsul - “Asan İmza” və “E-imza” tələbatçılara seçim hüququ təqdim edir. Bu, ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən də çox vacibdir, çünki bu hal bir identitet sistemindən imtina zamanı digərindən istifadəyə keçidi təmin etməyə imkan verəcəkdir.

 

Biz anlayış və dəstəyə, həmçinin vətəndaşlarımızın fərdi məlumatlarının yüksək şəkildə qorunması ilə birlikdə innovativ, təhlükəsiz Azərbaycanın yaradılmasındakı birgə töhfəyə görə “Asan İmza”nın bütün istifadəçilərinə minnətdar olacağıq. Yalnız birgə səy nəticəsində biz ölkəmizin kiber təhlükəsizliyini təmin etmiş olacağıq.


Bundan əlavə, vətəndaşlarımızın sərf etdiyi sıfır vaxt ilə avtomatlaşdırılmış elektron xidmətlərin yaradılması üzrə istifadəçilərimizin təkliflərini eşitməyimizdən məmnun qalacağıq. Gəlin bunun üçün birgə səy göstərək”, - deyə “Asan İmza” mobil elektron imzanın operatoru olan “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Jana Krimpe bildirmişdir.

 

1 GÜNƏ KREDİT ALIN!

20.07.2018 14:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ