Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da neft qazma qurğularının sayı dəyişmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft qazma qurğularının sayı dəyişmədi

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə azalıb.
 

"Marja" xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un həftəlik hesabatına görə, 13-20 İyul dövründə əvvəlki həftəyə nisbətən ABŞ-da neft qazma qurğularının sayı 5 ədəd azalıb.
 

Reklam_3_11

Beləliklə, ötən həftə 863 olan ABŞ-ın cəmi neft qazma qurğularının sayı bu həftə 858-ə geriləyib.


 
Neft qazma qurğularının sayındakı azalmanın ardından qlobal bazarda xam neftin qiymətlərində artım görülüb. Brent tipli xam neftin barrel qiyməti 0,6% bahalaşaraq 73,07 dollara, Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti  68,39 dollara yüksəlib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Bu qurğu ilə neft quyuları qazılır.

21.07.2018 06:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ