Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda mal-qaranın sayı azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda mal-qaranın sayı azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 290,7 min baş inək və camış, 8 milyon 649,0 min baş qoyun və keçi mövcud olub.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsindən "Marja"ya verilən məlumata görə, 2017-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,4 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 9,2 min baş (0,7 faiz), qoyun və keçilərin sayı 118,1 min baş (1,3 faiz) azalıb.

 

ƏT İSTEHSALI ARTIB

 

1 GÜNƏ KREDİT ALIN!

 

Mal-qaranın sayı azalsa da, rəsmi statistikaya görə ət istehsalı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 245,2 min tona çatıb.

 

Ötən illə müqayisədə süd istehsalı 1,3 faiz artaraq 1 milyon 16,8 min ton, yumurta istehsalı 0,9 faiz artaraq 887,4 milyon ədəd, yun istehsalı isə 1,4 faiz azalaraq 14,5 min ton olub.

 

Həmçinin 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 7,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 14,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artıb.

23.07.2018 08:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ