Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Rabitəbank" 25 illiyini 700 nəfərlik işçi heyətilə qeyd edib - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rabitəbank" 25 illiyini 700 nəfərlik işçi heyətilə qeyd edib - FOTOLAR

(®) 14 İyul tarixində "Rabitəbank" özünün 25 illik yubileyini 700 nəfərlik işçi heyəti ilə möhtəşəm şəkildə qeyd edib.

 

Reklam_3_11

Tədbir "Dreamland" Qolf Klubunda baş tutub. Açılışına bankın 25 illik fəaliyyətinə həsr olunmuş korporativ film ilə başlanılan tədbirin rəsmi hissəsində ilk çıxışı bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev edib. 

 

"Rabitəbank"ın yarandığı ilk günlərdən, 1993-cü ildən başlayaraq bugünə qədər keçilən yoldan və gələcək planlardan danışan sədr hər kəsi təbrik edərək növbəti uğurlara kökləyib. Daha sonra bank rəhbərliyi növbə ilə çıxış edərək komandanı təbrik edərək  fərqlənən işçilərə müxtəlif hədiyyələr təqdim ediblər.

 

Rəsmi hissə bitdikdən sonra bütün əməkdaşlar açıq havada təşkil olunmuş əyləncəli partiyə dəvət olunublar. Çox dinamik və əyləncəli keçən partidə iştirakçıların ixtiyarına verilən açıq bufetlər gecənin sonuna qədər mütəmadi olaraq yenilənib. Müxtəlif ritmik musiqilər, geniş rəqs meydançası və gedişatda keçirilən müxtəlif müsabiqələr iştirakçıları gecə boyu tonusda saxlamağa və əyləncənin pik səviyyəyə çatmasına imkan verib.

 

Günün sonuna doğru tamamlanan partidən çıxan bütün qonaqlar əvvəlcədən təşkil olunmuş nəqliyyatlar vasitəsilə rahatlıqla evlərinə yollanıblar.

 

Tədbir qızmar keçən yay fəslinin və qızğın iş ilinin tən ortasında bütün komandanın bir günlük də olsa iş stresindən uzaq olmağa və növbəti illər, növbəti uğurlar üçün motivasiya olmağa kömək edib.

 

"Rabitəbank"ı 25 illik yubileyi münasibətilə təbrik edir və yeni, bol uğurlar arzu edirik!

23.07.2018 08:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ