Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankdan "Yay krediti"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan "Yay krediti"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı yay məzuniyyəti mövsümündə müştərilərin istəklərini nəzərə alaraq yeni kredit kampaniyasına start verib. “Yay krediti” adlanan bu kampaniyanın əsas özəlliyi ondadır ki, nağd pul kreditini bankdan indi alıb, aylıq ödənişlərə üç ay sonra başlamaq olar.  Yəni, müştəri kreditin rəsmiləşdirilməsindən sonrakı ilk üç ayda yalnız aylıq faizləri ödəyir, əsas borcun ödənişinə isə üç ay sonra başlayır.

 

Bu fürsətdən Azərbaycan Beynəlxalq Bankının bütün maaş kartı sahibləri faydalana bilər. Pensiya kartı sahibləri üçün isə kampaniya çərçivəsində kreditlər mövcud faizlərə 2% endirimlə və komissiyasız təqdim ediləcək.

 

Kampaniyanın digər özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

•  Kreditin müddəti - 60 ayadək

•  İllik faiz dərəcəsi -  2% endirimlə, 24%-dən başlayaraq

•  Kredit 5000 manata qədər olduqda - zaminsiz

•  Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

 

Kampaniya 23 iyul tarixindən 21 avqust tarixinə qədər keçərlidir.

 

"Yay krediti"ni Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı, yaxud pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan "Yay krediti"ni sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

23.07.2018 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ