Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İpoteka krediti 1 milyard manatı keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka krediti 1 milyard manatı keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2006-2018-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 23,101 min ipoteka krediti verilib.

 

Fondun saytında dərc olunmuş məlumata görə, bu günədək İKZF-nin xətti ilə 1 mlrd. 73 mln. 205,312 min manat məbləğində ipoteka krediti verilib.

 

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

 

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

 

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© İnterfaks-Azərbaycan

23.07.2018 08:55

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ