“Azsığorta” şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişləri həyata keçirib.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, Lənkəran şəhərində yerləşən istirahət mərkəzlərindən birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın, digərində isə leysan səbəbindən su basma hadisəsi baş vermişdir. Həmçinin Bakı şəhərində yerləşən ofis binalarının birində çəkilmiş elektrik xətlərində qısa qapanma baş vermişdir. “Azsığorta” şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 100 240 manat, 129 904 manat və 95 006 manat dəyərində sığorta ödənişi etmişdir (cəmi 325 min 150 manat ).
Qeyd edək ki, ötən il ərzində də “Azsığorta” şirkəti iri həcmli sığorta ödənişləri edib. Şirkət, 2017-ci il ərzində ümumilikdə 9.1 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.