Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed-in faiz qərarı Azərbaycan bazarına necə təsir göstərəcək?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in faiz qərarı Azərbaycan bazarına necə təsir göstərəcək?

Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir. ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verməkdədir: indekslər yeni artım rekordunu təzələyiblər. Yığıncaqda uçot stavkasının 0.25 faiz artırılacağı gözlənilsə də hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görsənmirlər.

 

Reklam_3_11

FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır. Bu baxımdan, nəticəni proqnozlaşdırmaq praktik olaraq mümkün deyil. Əgər FES uçot stavkasını artırarsa bu qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək? 

 

İqtisadçı Vüqar Bayramov bildirib ki, qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı desək yanılmarıq:

 

"Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlər ilə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot stavkası artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollar tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial senarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər".

14.12.2016 07:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ