Dollar Türk Lirəsi qarşısında da ucuzlaşır.
"Marja" xəbər verir ki, Dolların ucuzlaşmasına ABŞ Prezidenti Donald Trampın iradları təsir göstərib. Tramp Fed-i tənqid edərək faizləri artırmasından "məmnun olmadığını" söyləyib. Tramp, "İqtisadiyyat üçün biz bu qədər iş gördüyümüz bir dövrdə faizlərin yüksəldildiyini görməkdən məmnun deyiləm" - deyib.
Açıqlamadan sonra dollar beynəlxalq bazarlarda dəyərdən düşüb. Dollar/Türk Lirəsi məzənnəsi 4.75 səviyyələrinə qədər geriləyib. Bakı vaxtı ilə saat 11:43-də məzənnə 4.7534 səviyyəsində olub. Bu gün Lirə Dollar qarşısında 0,8% dəyər qazanıb.
Bu həftə Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı məzənnənin hərəkəti baxımından həlledici olacaq. Sabah Mərkəzi Bankın keçiriləcəyi iclasında faizlin 100 bənd artırılacağı gözlənilir. Faiz dərəcəsinin 17.75%-dən 18.75%-ə yüksəldiləcəyi nəzərdə tutulur. Analitiklər bildirirlər ki, faizin artırılacağı ehtimalı artıq məzənnədə əks olunub və bu səsəbdən faizinin 100 bənd artırılmasının məzənnəyə xüsusi bir təsiri olmayacaq.