Neft, Goldman-ın şərhilə qalxıb
Neft qiymətləri, dünyanın iri investisiya banklarından biri olan Goldman Sachs Group Inc.-ın ABŞ-ın neft ehtiyatlarında artıma baxmayaraq, OPEC-in hasilatı azaltması nəticəsində qlobal neft bazarının bu ilin ilk yarısında kəsir verəcəyi (tələb təklifi üstələyəck) barədə fikrini dəyişmədiyini qeyd etməsindən sonra yüksəlib.
Digər tərəfdən, Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 13.8 milyon barel ilə tarixinin ikinci ən böyük artımını həyata keçirib.
Goldman, OPEC və digər istehsalçıların hasilatı azaltmaları ilə yanaşı, Mart ayından etibarən ABŞ ehtiyatlarındakı artımın dayanacağını, düşməyə başlayacağını və ölkənin xaricdən neft alışlarının yavaşıyacağını qeyd edib.
1 Yanvarda qüvvəyə minən və Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkə arasında imzalanan istehsalı azaltmağa dair müqavilədən bəri neft qiymətləri 50 dolların üzərində qalır. Amerikalı istehsalçılar, qalxan qiymətlərin üstünlüyündən istifadə etmək üçün istehsalı və qazılan quyuların sayını artıra bilərlər.
Goldman analitikləri, "ABŞ neftbazalarında son dövrdə görülən artımlar, ehtiyatlarda mərhələli olaraq azalma olacağı şəklindəki fikrimizi dəyişdirmədi. Çünki dünyanın digər hissəsi tələbin artdığı işarələri göstərir. İndiyə qədər öhdəlik götürülən istehsal azaldılmasına yüksək səviyyədə əməl edilməsi ilə, bazardakı vəziyyət Mart ayından etibarən tərsinə dönəcək" - deyə bildiriblər.
Qərbi Texas Neft (WTI) Nymex birjasında 16 sent yüksələrək bareli 52.50 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında17 sent yüksələrək bareli 55.29 dollara çıxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl