Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qaxdakı dövlət əmlakı 75 min manata satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qaxdakı dövlət əmlakı 75 min manata satılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 avqust tarixində keçiriləcək. Budəfəki hərraca 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisəsi, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.  

 

Reklam_3_11

Pambıqçılıq, quşçuluq, təmir-tikinti, nəqliyyat və digər iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri paytaxtla bərabər Saatlı, Beyləqan, Goranbay kimi rayonlarda yerləşir. Belə dövlət əmlaklarına “İsmayıllı Təmir Tikinti”, “Salyan broyler”, “Sabirabad Təmir-tikinti”, “Biləsuvar Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

 

Bu hərracda da investorlar üçün müxtəlif növ biznes ideyalarının reallaşmasına imkan verə biləcək kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanı yaradılıb. Məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə  aid olan bu əmlaklardan biri də ümumi faydalı sahəsi 339 kv.m olan Əmlak kompleksidir. Qax rayonu, Əmbərçay kəndində yerləşən bu obyekt torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İlkin qiyməti 75 min manat təyin olunmuş əmlak investora müxtəlif xidmət sahələrində yüksək gəlir gətirə bilər. Alıcıların geniş ticarət planlarını reallaşdıracaq çoxsaylı mağazalar da budəfəki hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 398 kv.m olan 7 saylı mağazadır.

 

Hərraca çıxarılan ictimai iaşə və məişət xidmətləri göstərə biləcək qeyri-yaşayış sahələri yerləşdiyi ərazi, ümumi faydalı sahəsi və təyin olunan ilkin qiymətinə görə müxtəlifdir. Belə ki, onlardan 24-ü Bakıda, 8-i Sumqayıtda, 1-i isə Xızıda yerləşir. Bu qeyri yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kv.m ilə 1612 kv.m, təyin olunan ilkin qiymət isə 2 min 500 manat və 1 milyon 500 min manat aralığındadır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Özəlləşdirilməyə çıxarılan müxtəlif ölkələrdə istehsal olunan nəqliyyat vasitələrinin buraxılış tarixi 1994-2008 illəri əhatə edir. Bu avtomobillər Hyundai, Mercedes, Fiat, BMW və digər məşhur markalara aiddir.

23.07.2018 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ