Ən yuxarı statik reklam-3_3

ABŞ-da xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da həftəlik xam neft ehtiyatları 13,8 milyon barel artıb. Bu tarixinin ikinci ən böyük artımıdır.


 
ABŞ Enerji İnformasiya İdarəsi, ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə bir əvvəlki həftəyə nisbətən 13,8 milyon barel (2,8 faiz) artımla 508,6 milyon barelə çatdığını açıqlayıb.


 
"Marja" xəbər veri ki, bazar gözləntisi ehtiyatların 2,6 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,5 milyon barel artım göstərmişdi.


 
 ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək, sözügedən həftədə 695,1 milyon barreldə qalıb.


 
 Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 63 min barrel artaraq 8,98 milyon barrelə çatıb.


 
Ölkənin xam neft idxalı isə sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,08 milyon barel artaraq 9,37 milyon barelə yüksəlib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftədə 0,9 milyon barel (0,3 faiz) azalaraq 256,2 milyon barelə enib. Bazar gözləntisi 1,1 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,9 milyon barrel qalxmışdı.

09.02.2017 04:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ