Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” mətbuat nümayəndələrini təbrik etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Milli Mətbuat Günü münasibətilə “Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil etdi.

 

32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirildi. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunurdu.

 

“Nar” mətbuat xidmətinin rəhbəri Əziz Axundov təbdirdə çıxış edərək media nümayəndələrini

bayram münasibətilə təbrik etdi. Ə.Axundov hər zaman “Nar”-ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanlarına minnətdar olduqlarını qeyd edərək “Nar”-ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirdi.

 

2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak etdi.

 

“Molla Nəsrəddin”, “Həyat” və “Şərqi rus” komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri

tutdular. Qalib komandalar “Nar”-dan dəyərli hədiyyələr qazandı.

 

Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.

23.07.2018 16:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ