Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən “Beh pulu” açıqlaması
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi özəlləşdirmə hərracına qatılan və hərracda qalib olmayan investorların beh pulunun bir hissəsinin tutulması və bunun invetorları qorxudduğu barədə deyilənlərə aydınlıq gətirib.
Komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov “Marja”ya bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilən behdən heç bir komisyon haqqı tutulmur.
“Qaydalara görə, hərraca qatılan investor hərraca çıxardılan əmlakın ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəməlidir. Əgər investor hərracda qalib gələrsə və sonra əmlakı almaqdan imtina edərsə, bu zaman beh geri qaytarılmır. Bu, beynəlxalq təcrübədə də belədir. Qalib investor əmlakı aldıqda isə, yekun qiymətlə beh arasındakı fərqi ödəməlidir. Hərracda qalib gəlməyən investorların isə behləri geri qaytarılır. İnvestorlar behi banklar vasitəsilə Komitənin hesabına köçürürlər, bu zaman banklar müəyyən xidmət haqları tuturlar. Həmin xidmət haqlarının tutulmasını şişirtmək və onu “sahibkarların özəlləşdirmədə iştirakını məhdudlaşdırdığı” şəkilində təqdim etmək doğru deyil”.
Qulu Xəlilov bildirdi ki, bankların komisyon haqlarından razı olmayan investorlar, behi, Azərbaycan Mərkəzi Bankı vasitəsilə Komitənin hesabına köçürə bilərlər. Bu halda cüzi komisyon tutulur:
“Beh 600 manat olduqda 60 qəpik, 600 manatdan 40 min manatadək olduqda 0,1%, 40 min manatdan yüksək olduqda isə 40 manat komisyon tutulur. Beh 100 min manat olsa belə, komisyon haqqı 40 manat təşkil edir. Biz bankların xidmət haqlarından narazı olan investorlara tövsiyə edirik ki, beh məbləğini Mərkəzi Bank vasitəsilə köçürsünlər”.
Komitənin rəsmisi əlavə etdi ki, əmlak almaq istəyən investorların müəyyən xərclər çəkməsi normal haldır. Dünyanın heç bir yerində sıfır xərclə əmlak əldə etmək mümkün deyil.
Qeyd edək ki, hərracda iştirak emiş sahibkarlardan biri “Marja”ya müraciətində beh məbləğindən tutulan faizin sahibkarların hərracda iştirakını məhdudlaşdırdığını iddia etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
8 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
10 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
10 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl