Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İddialar tamamilə əsassızdır" - Gömrükdən AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İddialar tamamilə əsassızdır" - Gömrükdən AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

İyulun 22-də sosial şəbəkələrdə Türkiyə Respublikasının vətəndaşı Davud Tonyalı adlı şəxsə istinadən Azərbaycan gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb.

Reklam_3_11

 

64 yaşı olduğunu bildirən həmin şəxs Azərbaycan gömrüyündə problemlərlə qarşılaşdığını və ondan qanunsuz vəsait tələb olunduğunu iddia edir.

 

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, həmin videoda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayımlanıb: "Videoda irəli sürülən iddialar hər hansı fakta söykənmir. Üstəlik, vaxtı, tarixi, məkanı və kim tərəfindən qeydə alındığı məlum olmayan məlumatı verən mənbənin etibarlılığı da şübhə doğurur. Ölkəmizə səyahət edib-etmədiyinə, gömrük və ya digər dövlət orqanlarında, iddia olunduğu kimi, haqsızlıqlarla qarşılaşdığına dair faktlar olmadığı halda, hər hansı bir şəxsin dövlətin strateji qurumlarından biri haqqında əsassız iddialarını yayımlamaq ya naşılıq, ya da qərəzdir.

 

Lakin Dövlət Gömrük Komitəsinin sözügedən şəxsin videodakı ad və soyadına əsaslanaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə apardığı araşdırmalar nəticəsində məlum olub ki, 1955-ci il təvəllüdlü Davud Tonyalı sonuncu dəfə 2008-ci ildə Azərbaycan Respublikasına səyahət edib. Araşdırma zamanı həmin şəxsin gömrük orqanlarından narazılığına dair hər hansı fakt aşkar edilməyib.
10 il əvvəl ölkəyə gələn şəxsin iddialarının doğruluğuna inanmaq üçün isə, Anadoludakı el məsəlində də deyildiyi kimi, “min nəfər şahid” lazımdır.

 

Azərbaycan gömrüyünün inkişafı göz önündədir. Dünyanın ən qabaqcıl təcrübələrindən faydalanan Azərbaycan gömrüyü artıq “bir pəncərə”, “yaşıl dəhliz”, “elektron bəyannamə” və digər mütərəqqi tətbiq və sistemləri qısa zaman kəsiyində həyata keçirib. Ümumdünya Gömrük Təşkilatı tərəfindən Azərbaycan gömrüyünün təcrübəsi bir çox ölkələrə tövsiyə edilir. Ölkəmizin sürətlə dünyanın nəqliyyat və logistika mərkəzinə çevrilməsində gömrük orqanlarının fəaliyyəti danılmazdır.


Lakin, istər dövlət, istərsə də onun strateji qurumlarından biri olan gömrük orqanlarının həyata keçirdiyi irimiqyaslı layihələri görməzdən gələrək, bu qəbildən əsassız məlumatların ictimailəşdirilməsi yalnız qərəzli xarakter daşıyır".

 

1 GÜNƏ KREDİT ALIN!

 

Dövlət Gömrük Komitəsi bir daha Komitənin və onun əməkdaşlarının fəaliyyətilə bağlı məlumatları yayımlayarkən, qarşı tərəfin də rəsmi mövqeyini öyrənməyi tövsiyə edir.

23.07.2018 17:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ