Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Google"ın reklam gəlirləri kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Google"ın reklam gəlirləri kəskin artıb

ABŞ-ın texnologiya nəhənglərindən "Google"ın baş təşkilatı "Alphabet" şirkəti bu ilin ikinci rübündə dair balansını açıqlayıb.
 

"Marja" xəbər verir ki, "Alphabet"dən verilən açıqlamada, şirkətin ilin ikinci rübündəki gəlirləri keçən ilin eyni dövrünə nisbətən 25,6 faiz artaraq 32,66 milyard dollar təşkil edib. Şirkət, 2017-nin aprel-iyun dövründə 26,01 milyard dollar gəlir açıqlamışdı.


 
 Açıqlamada, şirkətin xalis mənfəətinin isə ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalaraq 3,19 milyard dollara gerilədiyi qeyd edilib. "Alphabet", keçən ilin ikinci rübündə 3,52 milyard dollar xalis gəlir əldə etmişdi.
 


1 GÜNƏ KREDİT ALIN!

 

Şirkətin bir səhmə düşən mənfəəti ötən ilin aprel-iyun dövründəki 5,01 dollardan, bu ilin eyni dövründə 4,54 dollara gerilədiyi bildirilib.
 


 Açıqlamada, Avropa Birliyinin ötən həftə Google-a verdiyi 5,07 milyard dollarlıq cərimənin xalis mənfəətə əks etdirildiyi məlumatına yer verilib.
 
 
REKLAM GƏLİRLƏRİNDƏ 23,9 FAİZ ARTIM


 
Açıqlamada, "Google"ın reklam gəlirlərində ildən ilə artım olduğu qeyd edilib.


 
"Google"ın reklamlardan əldə etdiyi gəlir ilin ikinci rübündə 2017-nin eyni dövrü ilə müqayisədə 23,9 faiz artımla 28,09 milyard dollara yüksəlib. Google, ötən ilin aprel-iyun dövründə 22,67 milyard dollar reklam gəliri əldə etmişdi.


"Alphabet"in gəlirlərindəki artımın proqnozdan yüksək olması ilə əlaqədar olaraq şirkətin səhmləri bahalaşıb. Şirkətin səhmləri səhmləri 1272 dollara qədər qalxaraq 5 faiz artım qeyd edib.

24.07.2018 05:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ