Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Aqroparkda son tamamlanma işləri görülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqroparkda son tamamlanma işləri görülür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İnvestel GROUP” MMC tərəfindən Qazax rayonun İkinci Şıxlı kəndində aqropark tikilir. Aqroparkda son tamamlanma işləri aparılır.

 

Reklam_3_11

Layihə rəhbəri Kamil Əlimirzəyev başa çatdırılmış əsas tikinti işləri barədə məlumat verərək bildirib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.

 

Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb.

 

Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilib. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda işlər başa çatdırılıb. Bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir.

 

Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır. 2600 tonluq soyuducu anbarın tikintisi və metal konstruksiyada montaj işləri başa çatmışdır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Hazırda inzibati binada da son tamamlanma işləri görülür. Binanın daxilində və xarici fasadında boyaq işləri aparılır.

 

Bu il 1030 hektar sahədə əkin işləri aparılıb. Göstərilən sahənin 190 hektarında qarğıdalı, 214 hektarında noxud, 214 hektarında kartof, 412 hektarında isə taxıl əkilib. Bunlardan arpa və buğda biçini tam başa çatdırılıb. Noxud biçininə isə ayın 20-dən sonra başlanılacaqdır.
 

24.07.2018 05:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ