Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Intel-dən 7 milyard dollarlıq investisiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Intel-dən 7 milyard dollarlıq investisiya

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel, ABŞ-da 7 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb.


 
"Marja" xəbər verir ki, Intel-in  İcraçı direktoru Brian Krzanich, ABŞ Prezidenti Donald Trumpla Ağ Evdə keçirdiyi görüşdən sonra təçkil etdiyi toplantıda şirkətin Arizona ştatında 7 milyard dollarlıq sərmayə qoyacağını və 3 min nəfərlik yeni iş yeri yaradacağını bildirib.


 
Krzanich, sözügedən investisiyanın Arizonadakı "Fab 42" adlı mikroçip zavodunun gələcək 4 ildə tamamlanması üçün istifadə ediləcəyi məlumatını verib və şirkətin çox istehsalını ABŞ-da keçirdiyini vurğulayıb.
 


Intel-dən edilən rəsmi açıqlamada da şirkətin ABŞ-da iqtisadi inkişafı və innovasiya fəaliyyətini təşviq etdiyi bildirilib, şirkətin zavodlarının ölkədə yüksək texnologiya istehsalını dəstəkləyən məşğulluq yaratmağı qarşısına məqsəd qoyduğu vurğulanıb.
 


ABŞ Prezidenti Trump da Twitter vasitəsilə etdiyi açıqlamda Brian Krzanich-ə təşəkkür edərək, "7 milyard dollar Amerikada innovasiya və məşğulluq üçün ecazkar bir investisiyadır" ifadəsini istifadə edib.


 
 Intel, bazar ertəsi günü, Donald Trumpın 7 İslam ölkəsinə tətbiq etdiyi viza və ölkəyə giriş qadağasına qarşı hüquqi təşəbbüs göstərən 97 Amerikalı şirkətin hazırladığı birgə bəyanata imza atmışdı.


 
 Bəyanat, Trump-ın viza qadağasının Amerikalı şirkətlərə əhəmiyyətli dərəcədə zərər verəcəyinə diqqəti çəkmişdi.

09.02.2017 05:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ