Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avro, Funt və Lirədə qeyri-müəyyənlik - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, Funt və Lirədə qeyri-müəyyənlik - GÜNƏ BAXIŞ

Bu gün açıqlanacaq Avrozona üzrə önəmli fundamental məlumatlar və TCMB-nin faiz qərarı dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.


 

Dünya valyuta birjalarında qeyri-müəyyənlik davam edir. Belə ki, İngiltərə ilə Avropa Birliyi arasında Breksit prosesi, Amerikanın sərt xarici ticarət siyasəti və dünya iqtisadiyyatında risklər özünü valyuta birjalarında da göstərir.

 

Avro 1.18$-a kimi bahalaşdıqdan sonra yenidən 1.16$-a kimi ucuzlaşıb. Funt da 1.32$-a kimi bahalaşdıqdan sonra 1.31$-a kimi ucuzlaşıb. Lirənin məzənnəsi isə 4.73TL ətrafında ticarət edilməkdədir.

 

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankının (TCMB) da önəmli faiz qərarı açıqlanacaqdır. Burada ehtimal edilən faiz artımı, lirənin 4.64TL-yə kimi bahalaşmasını sürətləndirə bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Eyni zamanda, Almaniya və ümumi Avrozonanın istehsal və xidmət sektoru üzrə açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 

 

Ümumilikdə, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin cari həftənin minimum səviyyəsini qırmaqla 1%-lik sürətli eniş dalğasına başlaya biləcəyi və beləliklə, digər aparıcı valyutaların dollara nisbətən məzənnələrinin bahalaşa biləcəyi proqnozları daha güclüdür.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

24.07.2018 07:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ