Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əmanətə 1,5% təklif edən Banka yatırılan pullar kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətə 1,5% təklif edən Banka yatırılan pullar kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Silk Vey” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, hesabatda diqqəti cəlb edən, bankda depozitlərin, o cümlədən əmanətlərin kəskin artmasıdır.

 

“Bank Silk Vey”də depozitlər 2017-ci ilin birinci yarısının yekunu ilə müqayisədə 2,6 dəfə artaraq 30 İyun 2018-ci il tarixində 447 milyon 580 min manat təşkil edib. 30 İyun 2017-ci il tarixində Bankda depozitlər 174  milyon 91 min manat idi. Xarici valyutada depozitlər isə 151 milyon 236 min manatdan  413 milyon 353 min manata qalxıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Cəmi depozitlərə daxil olan fiziki şəxslərin müddətli depozitləri (əmanətlər) 103 milyon 997 min manatdan 321 milyon 78 min manata yüksəlib (3,1 dəfə artım), o cümlədən, xarici valyutada müddətli depozitlər 103 milyon 497 min manatdan 320 milyon 578 min manata çıxıb. 

 

“Bank Silk Vey”in müştərilərə verdiyi kreditlər də artıb. Əgər ötən ilin birinci yarısının sonunda müştərilərə verilən cəmi kreditlər 375 milyon 649 min manat təşkil etmişdisə, cari ilin birinci yarısının sonunda 534 milyon 823 min manata çatıb. Xalis kreditlər isə 358 milyon 437 min manatdan 522 milyon 239 min manata qalxıb. Cəmi kreditlərin 370 milyon 868 min manatı xarici valyutada verilib.

 

Qeyd edək ki, "Bank Silk Vey" 1 il müddətinə Manat əmanətinə 2%, Dollar əmanətinə 1.5% gəlir təklif edir. Böyük ehtimalla, Banka depozitlər bir qrup maraqlı şəxslər tərəfindən yatırılıb.

 

Həmçinin oxu: “Bank Silk Vey”in xalis mənfəəti 4 dəfədən çox artıb

 

24.07.2018 08:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ