Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Pərviz Şahbazov: “TAP qaz kəməri üzrə işlər 75% icra olunub”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pərviz Şahbazov: “TAP qaz kəməri üzrə işlər 75% icra olunub”

“Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin reallaşdırılması və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istismara verilməsi Bolqarıstanın qaza olan tələbatının 40%-ni təmin edəcək. Bunu Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov deyib.

 

Energetika Nazirliyindən verilən məlumata görə, o, bu fikri energetika naziri Pərviz Şahbazovla görüşdə səsləndirib.

 

N.Yankov qeyd edib ki, Bolqarıstan dekarbonizasiya tədbirlərinə töhfə verəcək bir layihənin reallaşması üçün bütün imkanlardan istifadə edəcək.

 

P.Şahbazov “Cənubi Qafqaz Boru Kəməri” layihəsinin reallaşdırılmasının gedişi barədə səfirə məlumat verib. Onun sözlərinə görə, Trans-Adriatik (TAP) Boru Kəməri üzrə işlər 75% icra olunub.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Nazir Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolununun təmin ediləcəyini bildirib.

 

“Görüşdə, həmçinin Bolqarıstanın qazlaşdırılması prosesində SOCAR-ın iştirakı məsələsi ilə bağlı müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.

24.07.2018 08:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ