Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərişıq” bir kəndin transformatorunu dəyişə bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərişıq” bir kəndin transformatorunu dəyişə bilmir

 

Bir aydır Kürdəmir rayonun Dəyirmanlı və Yenikənd kəndlərinin transformatoru qismən sıradan çıxıb. Sakinlər dəfələrlə “Azərişıq” dövlət şirkətinə müraciət etsələr də, problem həllini tapmır.

Reklam_3_11

 

Kənd sakinləri “Marja”ya bildiriblər ki, transformatorun bloklarından biri sıradan çıxıb və onun tamamilə yenilənməsinə ehtiyac var. Bu səbəbdən evlərə verilən elektrik enerjisinin gücü 130-150 voltdur. Belə bir gərginlik ilə ev cihazlarını işlətmək mümkün deyil, elektrik lampaları közərir.

 

Son bir ay ərzində dəfələrlə “Azərişıq”a müraciətdən sonra dünən rayon elektrik şəbəkəsinin nümayəndələri kəndə baş çəkiblər.

 

Sakinlərin sözlərinə görə, “Azərişıq”ın nümayəndələri bildiriblər ki, hazırda yeniləmək üçün transformatora malik deyillər. Əgər kənd sakinləri 700 manat yığıb versələr transformatorun yenilənməsini təşkil edə bilərlər.

 

Reallıq budur ki, havanın daha isti olduğu Kürdəmirdə əhali əziyyət çəkir, soyuducu və kondisioner kimi vacib cihazları işlədə bilmirlər.

 

1 GÜNƏ KREDİT ALIN!

24.07.2018 10:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ