Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan məhsulları Latviyadan Baltikyanı ölkələrə də paylanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsulları Latviyadan Baltikyanı ölkələrə də paylanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Latviyada Azərbaycan Ticarət Evinin açılması önəmli hadisədir. Artıq 120 ton kənd təsərrüfatı məhsulu Latviyaya göndərilib. Latviya əhalisi Azərbaycan məhsullarının əldə edilməsində çox maraqlıdır.

 

Reklam_3_11

Bu sözləri müsahibəsində Latviyanın Azərbaycandaki səfiri Yuris Maklakovs deyib.

 

Səfir Latviya əhalisinin Azərbaycan məhsullarının yüksək keyfiyyətini gördükcə bu mallara tələbatın daha da artdığını bildirib. O deyib:

 

“Bu, Azərbaycanın Avropa İttifaqında açılan ilk Ticarət Evidir. Bunun böyük perspektivləri var. Azərbaycan məhsulları Latviyadan digər Baltikyanı ölkələrə də paylanacaq. Biz Latviya məhsullarının Bakıda da təqdim edilməsinə çalışırıq. Düşünürəm ki, geniş seçim imkanının yaradılması daha məqsədəuyğun olar. Bir daha qeyd etmək istərdim ki, ölkələrimiz arasında nəinki siyasi, eləcə də iqtisadi əlaqələr sürətlə inkişaf edir”.

 

Ticarət Evinin açılmasının ölkələrimizin ticarət dövriyyəsinin həcminə də müsbət təsir göstərəcəyini söyləyən Y.Maklakovs turizm agentliyinin həmin Evdə təmsil olunacağını diqqətə çatdırıb:

 

“Bununla da hər iki ölkədən axın edən turistlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Latviyanın yerli özünüidarəetmə orqanının rəhbəri sentyabrın sonlarında Bakıya səfər edəcək. Biz səfər çərçivəsində mədəniyyət, incəsənət, turizm və digər sahələrdə əməkdaşlığın yollarını araşdıracağıq. Biz tələbələrin mübadiləsini də həyata keçirəcəyik”.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Azərtac

24.07.2018 11:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ