Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyə faiz qərarını açıqladı - Lirə sürətlə ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə faiz qərarını açıqladı - Lirə sürətlə ucuzlaşdı

Türk Lirəsi Dollar qarşısında kəskin dəyərdən düşüb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Dollar/TL məzənnəsi 4%-dən çox yüksələrək 4.9369 səviyyəsini görüb (Saat 15:26-ya olan məlumat).

 

Lirənin ucuzlaşmasına səbəbi Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini dəyişdirməməsidir. Analitiklər faizin artırılacağını gözləyirdilər.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Mərkəzi Bankın bu gün keçirilmiş iclasında bir həftəlik repo faiz nisbətinin (siyasət faizi) 17,75%-də sabit saxlanılmasına qərar verilib. Faizin 100-130 bənd artırılacağı proqnozlaşdırılırdı.

 

Mərkəzi Bankın açıqlamasında sərt pul siyasətinin uzun bir müddət qorunmasının lazım olduğu qeyd olunub:
 

Son dövrdə açıqlanan göstəricilərin iqtisadi fəaliyyətdə tarazlaşma meylinin göründüyünə işarə etdiyi bildirilərək, "Xarici tələb gücünü qorumaqla yanaşı daxili tələbata dair yavaşlama siqnalları artır.
Yaxın dövrdə xərc istiqamətli proseslər və ərzaq qiymətlərindəki oynaqlıq inflyasiya üzərində təsirli olmuşdur. Daxili tələbatın azalacağı nəzərdə tutulmaqla bərabər, inflyasiya  yüksək qalmaqda davam edir. Bu səbəbdən İdarə Heyəti, sərt pul siyasətinin uzun bir müddət qorunmasının lazım olduğunu hesab edir".

 

Mərkəzi Bank qeyd edib ki, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir. İnflyasiya mənzərəsində açıq bir yaxşılaşma təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir. 

24.07.2018 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ