Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qızılın qiyməti 3 ayın ən yüksək səviyyəsi ətrafındadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti 3 ayın ən yüksək səviyyəsi ətrafındadır

"Marja" xəbər verir ki, dünya bazarında qızılın qiyməti, ABŞ prezidenti Donald Trump-ın siyasətlərinə bağlı narahatlıqların artdığı bir mühitdə, sərmayəçilərin qızıl dəstəkli "exchangte traded" fondları (ETF) yolu ilə etdikləri alışların dəstəyi ilə 3 ayın ən yüksək səviyyəsi yaxınına qalxıb.

 

Reklam_3_11

Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, qzılın unsiyası 1241.51 dollar təşkil edib. Qiymətli metal çərşənbə günü 1244.80 dollar ilə 11 Noyabrdan bu yana ən yüksək səviyyəsini görmüşdü.

 

Qızılın 14 günlük RSI göstəricisi Çərşənbə günü 70 səviyyəsində idi və bu vəziyyət texniki analitiklər üçün bazarın həddindən artıq alış vəziyyətində ola biləcəyinə işarə edir.

 

ABŞ-ın pul vahidinin 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi üfüqi hərəkət edib.

 

Trumpdan qaynaqlanan coşğunun azalması ilə birlikdə, iqtisadiyyata və maliyyə bazarlarına yenidən naməlumluq hakim olur. Bu vəziyyət də qızıl alışlarını artırır və nəticədə qiymət qalxır.

 

Dünyanın ən böyük qızıl dəstəkli ETF-i olan  SPDR Gold Trust-dakı qızıl aktivləri altıncı yündür artır. Aktivlər Çərşənbə günü 5.6 ton artaraq 832.58 tona çıxıb və 16 Dekabrdan bu yana ən yüksək səviyyəsinə çatıb.

09.02.2017 05:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ