Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda yeni imkanlar axtarırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda yeni imkanlar axtarırıq"

İtaliyanın neft-qaz şirkəti "Saipem" Azərbaycanda fəaliyyət üçün yeni imkanlar axtarır. Bu barədə şirkətdən bildirilib.

 

Reklam_3_11

Şirkət bildirib: "Biz Azərbaycandaki tərəfdaşımız "Bos Shelf"lə əməkdaşlıq edirik və "Abşeron" qaz yatağının istismarında iştirak kimi ölkədə yeni imkanlar axtarırıq".

 

Həmçinin qeyd olunub ki, "Saipem"in Azərbaycanda uzun və uğurlu əməkdaşlıq tarixi var, əsasən, hər iki ölkənin institutlarının açıq və konstruktiv yanaşmaları sayəsində:

 

"Biz "Saipem" üçün vacib ölkəyə çevrilən Azərbaycanda daimi fəaliyyət göstəririk. "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində iştirakımızla yanaşı, biz Azərbaycan qazının Avropaya nəqlinin bütün istehsalat-satış zənciri boyu işləyirik. Biz Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsində iştirak etmişik, Albaniya və İtaliyanın sahil xəttləri arasında Adriatik dənizindən keçərək Transadriatik Boru Kəmərinin (TAP) offşor hissəsinin tikintisi layihəsini əldə etmişik".

 

"Saipem" həmçinin qeyd edib ki, dövlət neft şirkəti SOCAR-la Azərbaycandan kənarda "Técnicas Reunidas" (İspaniya), "GS Engineering&Construction" (Cənubi Koreya) и "Itochu" (Yaponiya) ilə konsorsiumda işləyir: "Şirkətin həmçinin "SOCAR Turkey Enerji A.Ş." ilə SOCAR üçün Türkiyədə STAR NEZ layihəsi üzrə müqaviləsi var".

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Trend

25.07.2018 06:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ