Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft ABŞ-ın neftbaza göstəricisindən sonra bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ABŞ-ın neftbaza göstəricisindən sonra bahalaşıb

Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ölkə miqyasında xam neft ehtiyatları ötən həftə 3.16 milyon barrel azalıb.

 

Ölkənin ən mühüm neft qovşağı olan Oklahoma ştatının Kuşinq şəhərindəki neftbazalarda ehtiyatlar 808,000 barel azalıb. Çərşənbə günü açıqlanacaq rəsmi göstəricilər də bu şəkildə çıxarsa, ehtiyatlar ardıcıl 10 həftə azalma göstərmiş olacaq. Benzin  ehtiyatları da azalma göstərib. 
 

"Marja" xəbər verir ki, neft qiymətləri, ABŞ ilə Çin arasında ticarət müharibəsinin qızışması və bu vəziyyətin də neftə tələbə mənfi təsir göstərəcəyi narahatçılıqları ilə İyun ayında çatdığı ən yüksək səviyyələrdən xeyli geriləyib. İndi investorlar ABŞ-ın İrana yeni tətbiq etməyə başladığı sanksiyaların qlobal təklifə nə dərəcədə təsir edəcəyini anlamağa çalışırlar.
 

KREDİTLƏ İSTİRAHƏT ET!

 

Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 37 sent bahalaşaraq bareli 68.89 dollara, Brent nefti 0,75% bahalaşaraq bareli  74 dollara qalxıb. 

25.07.2018 07:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ