Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İcbari Tibbi Sığorta üzrə yeni elektron xidmət istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Tibbi Sığorta üzrə yeni elektron xidmət istifadəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən – “Laboratoriya analizlərinin nəticələri” adlı yeni elektron xidmət istifadəyə verilib.

 

Reklam_3_11

Agentlikdən verilən xəbərə görə, yeni elektron xidmət şəffaflığı, coğrafi məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, vətəndaşların növbələrdə analiz cavablarını gözləməsi hallarını azaltmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədilə yaradılıb.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

Laboratoriya analizlərinin nəticələrini elektron xidmət vasitəsilə əldə etmək üçün vətəndaşa xəstəxana (Mingəçevir şəhər Mərkəzi Xəstəxanası/Yevlax rayon Mərkəzi Xəstəxanası) tərəfindən “Nümunə nömrəsi” və “Xəstə ID”-si qeyd olunan yarlıq (etiket) verilir. Yeni elektron xidmətdən istifadə etmək üçün İTSDA-nın rəsmi its.gov.az saytında “E-xidmətlər” bölməsinin “Laboratoriya analizlərinin nəticələri” altbölməsini seçmək və yaxud bu linkə daxil olmaq olar.

 

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan şəxslər baza zərfinə daxil olan 459 sayda laborator xidmətdən ödənişsiz istifadə edirlər.

 

Ağdaş rayon Mərkəzi Xəstəxanasında yeni elektron xidmətin tətbiqi şəbəkə və infrastrukturun tam qurulmasından sonra nəzərdə tutulur.

25.07.2018 09:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ