Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 milyard  991 milyon manat, kredit potfeli 11 milyard  712 milyon manat, cəmi öhdəlikləri isə 24  milyard 87 milyon manat təşkil edib. Sektorun balans kapitalı 3 milyard 904 milyon manat, əhalinin əmanətləri isə 8 milyard 19 milyon  manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0.2% (70 milyon manat), balans kapitalı isə 5.2% (195 milyon  manat) artıb.

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Platasının yaydığı məlumatda bildirilir.

 

Bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur. Belə ki, cari ilin ilk yarımilliyində kredit portfeli 3.3% və ya 375 milyon manat (iyun ayı üzrə 1.4%, 160 milyon manat), fiziki şəxslərin cəmi depozitləri 6.3% və ya 477 milyon manat (iyun ayı üzrə 2.9%, 227 milyon manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9.7% və ya 505 milyon manat (iyun ayı üzrə 2.7%, 148 milyon manat) artıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Bank sektoru cari ilin ilk yarımilliyində 309 milyon manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 milyon manat təşkil edib. Nəticədə, sektor cari ilin 6 ayında 36 milyon manat xalis mənfəət əldə edib.

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5% və ya 566 nəfər (iyun ayı üzrə 0.5%, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.

25.07.2018 13:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ