Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bank sektorunun gəlirləri azalmaqda davam edir - GERİLƏMƏLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunun gəlirləri azalmaqda davam edir - GERİLƏMƏLƏR

Azərbaycanın bank sektoru 2018-ci ilin birinci yarısını 36,3 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, bank sektoru 2017-ci ilin birinci yarısını 84.9 milyon manat xalis mənfəətlə başa vurmuşdu.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə bankların faiz gəlirləri 843,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə banklar 1 milyard 7 milyon manat faiz gəliri əldə etmişdilər (16,3% azalma). Faiz gəlirlərinin düşməsinin səbəbi müştərilərə verilən kreditlərin azalmasıdır. Son bir ildə bank sektorunun müştərilərə verdiyi kreditlər 1 milyard 750 milyon manat azalaraq 11 milyard 712 milyon manata düşüb.

 

Bankların qeyri faiz gəlirləri isə 45,9% azalaraq249,5 milyon manat təşkil edib. Bank sektoru ötən ilin birinci yarısında 460.3 milyon manat qeyri-faiz gəliri əldə etmişdi.

 

Xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 308,6 milyon manat təşkil edib. Ötən ilin birinci yarısında bu rəqəm 508.8 milyon manat idi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Bu ilin birinci yarısında, banklar əməliyyat mənfəətinin 258,4 milyon manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıblar (ötən il 408.9 milyon manat). Eyni zamanda, 15 milyon manat mənfəət vergisi ödənilib. Nəticədə bank sektoru 2018-ci ilin birinci yarısını 36,3 milyon manat xalis mənfəətlə bağlayıb. Qeyd edək ki, bir neçə iri bank böyük məbləğdə mənfəət əldə etdiyindən digər bankların böyük məbləğdə zərərləri bağlanıb. 

25.07.2018 14:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ