Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Facebook-un reklam gəlirləri 31%, istifadəçilərinin sayı 11% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook-un reklam gəlirləri 31%, istifadəçilərinin sayı 11% artıb

Facebook-un bu ilin ikinci rübündə xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 31 faiz artım göstərib.


 

Dünyanın ən böyük sosial media saytı Facebook, Nyu-York Birjasının bağlanmasının ardından, bu ilin ikinci rübünə dair balansını açıqlayıb.
 

"Marja" xəbər verir ki, Facebook-dan verilən açıqlamada, xalis mənfəətin bu ilin ikinci rübündə 5,11 milyard dollara çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artım olduğu bildirilib. Şirkət, 2017-nin aprel-iyun dövründə 3,89 milyard dollar xalis gəlir əldə etmişdi.
 

Şirkətin bir səhmə düşən mənfəəti də ötən ilin ikinci rübündəki 1,32 dollardan bu ilin eyni dövründə 1,74 dollara yüksəlib.
 

Ötən ilin ikinci rübündə 9,32 milyard dollar gəlir əldə edən Facebook-un bu ilin eyni dövründə mədaxilinin 41,9 faiz artaraq 13,23 milyard dollara çatdığı məlumatı verilib. Şirkətin reklam gəlirlərinin 42,4 faiz artaraq 13,04 milyard dollara çatdığı qeyd edilib.
 

AKTİV İSTİFADƏÇİLƏRİNİN SAYI ARTIB
 

Facebookun gündəlik və aylıq aktiv istifadəçilərinin sayında da bu ilin aprel-iyun dövründə artım görülüb.
 

Açıqlamada, 2018-ci ilin İyun ayına olan məlumata görə, Facebook-un gündəlik aktiv istifadəçilərinin sayının 1,47 milyard olduğu, bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım göstərdiyi bildirilib.
 

Bundan başqa, Facebookun aylıq aktiv istifadəçilərinin sayının 2,23 milyarda çatdığı və bu rəqəmin də 11%  artdığı məlumatına yer verilib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Digər tərəfdən, Facebook-un gəlirlərinin və istifadəçilərinin sayının bazar gözləntilərindən aşağı olması ilə əlaqədar olaraq şirkətin səhmləri ucuzlaşıb.

 

Nyu-York birjasının bağlanmasının ardından aparılmış məhdud əməliyyatlarda Facebookun səhminin dəyəri 8,9 faiz azalma ilə 198,13 dollara qədər geriləyib.

26.07.2018 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ