Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

ABŞ və Avropa Birliyi ticarət baryerlərini sıfırlamaq üçün razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ və Avropa Birliyi ticarət baryerlərini sıfırlamaq üçün razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tramp Avropadan istədiyini aldı


 

ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Jan Klod Yunkerin, artan ticarət gərginliyini ortadan qaldırmaq üçün keçirdikləri görüş razılaşma ilə nəticələnib.
 

"Marja" xəbər verir ki, Ağ Evdə görüşən Tramp və Yunker, uğurlu keçən danışıqlarının ardından mətbuat konfransı keçiriblər.
 

ABŞ-Avropa Birliyi (AB) əlaqələrində yeni bir dövr başlamaq üçün görüşdüklərini bildirən Donald Tramp, "Bu gün Avropa Birliyi ilə avtomobil xaric sənaye məhsullarına qarşı tarifləri, məhdudiyyətləri və subsidiyaları sıfırlamağa çalışmaq məsələsində razılaşma əldə etdik",- deyib.
 

Tramp, kimyəvi və aqrar məhsullara qarşı ticarət baryerlərini azaltmaq məsələsində də razılaşdıqlarını qeyd edib, Amerikalı fermerlərə, AB-nin çox qısa müddət ərzində ABŞ-dan soya  idxalına yenidən başlayacağı müjdəsini verib.
 

Bu addımların ABŞ ilə AB arasındakı ticarəti daha ədalətli bir hala gətirəcəyini vurğulayan Tramp, həmçinin AB-nin ABŞ-dan böyük miqdarda mayeləşdirilmiş qaz (LNG) satın alacağını da bildirib.
 

Avropa Birliyi (AB) Komissiyasının Prezidenti Yan Klod Yunker isə, "ABŞ Prezidenti Donald Tramp tərəfindən Ağ Evə dəvət ediləndə tək niyyətim razılaşmaq idi. Bu gün də razılaşdıq" -deyib
  

1 GÜNƏ KREDİT ALIN!

 

Yunker, ABŞ ilə AB arasında avtomobil xaric sənaye məhsulların idxalına tətbiq edilən ticarət məhdudiyyətlərinin sıfırlanması məsələsində razılaşdıqlarını bildirib və  bunun özünün ən mühüm hədəflərindən biri olduğunu vurğulayıb.
 

Həmçinin, enerji sahəsindəki əməkdaşlığı gücləndirmək barədə razılaşdıqlarını bildirən Yunker, "ABŞ-dan daha çox mayeləşdirilmiş qaz alacağıq. Bu digərləri üçün də bir mesajdır" ifadələrini istifadə edib. 

 

Yunker həmçinin AB-nin ABŞ-dan daha çox soya idxal edəcəyini təsdiq edib.
 

ABŞ ilə AB-nin beynəlxalq ticarət standartları mövzusunda da əməkdaşlıq edəcəyini bildirən Yunker, Dünya Ticarət Təşkilatının yenidən təşkili məsələsində birlikdə işləməyə qərar verdiklərini də bildirib.
 


AB Komissiyası sədri Yunker, tərəflərin müzakirələr davam edərkən gərginliyi artıran addımlardan yayınacaqlarına işarə edərək, "Bunlar, əlbəttə ki, müzakirələr davam edərkən, tərəflərdən biri imtina etmədiyi müddətcə, yeni tariflərin təxirə salınması ilə, polad və alüminium qarşı mövcud tariflərin yenidən nəzərdən keçirilməsinə bağlıdır" deyib.

26.07.2018 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ