Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AMB-nin iclasından nə gözlənilir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMB-nin iclasından nə gözlənilir?

 
Avropa Mərkəzi Bankının (AMB) İyul ayı iclası bu gün baş tutacaq. 

 
"Marja" xəbər verir ki, qurumun İyun ayında yaydığı hesabatında, 2011-ci ildən bu yana ilk faiz artırımının ən tez 2019-un yay mövsümünün sonunda reallaşacağı irəli sürülmüş, eyni zamanda, sözügedən faiz artımının 2019-cu ilin İyun və ya İyul ayında ola biləcəyinə dair ipucu da verilmişdi.
 

Reklam_3_11

Treyderlər, faiz gələn ilin Dekabr ayına qədər artırılacağını gözləmir. AMB Sədri Mario Draghi-nin bu gün keçiriləcək iclasda verəcəyi hər hansı bir ipucu Avronu dəstəkləyə bilər.
 
 
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

"Credit Agricole"ın strateqi Valentin Marinovun sözlərinə görə, bazar, depozit faizində 15 bəndlik ilk artımın 2020-ci ildə reallaşmasını "çox gec" olaraq qiymətlərdə əks etdirir. Digər tərəfdən, Draghi-nin "faizlər 2019-cu ilin yayının sonuna qədər aşağı qalacaq" şəklində bir ifadə istifadə etməsi bir risk faktorudur.
 

"ABN Amro" isə, AMB-dən 2019-cu ilin Dekabr ayında 10 bəndlik bir faiz artımı gözləyir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ki, Avropa Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə saat 15%45-də açıqlayacaq. Bankın pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borc vermə faizini isə 0.25%-də saxlayacağı gözlənilir. Saat 16:30-da isə Avropa Mərkəzi Bankının mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında sədr Mario Draghi açıqlamalar verəcəkdir.

26.07.2018 06:42

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ